Məxfilik Siyasəti

1. Əsas Məlumatlar

1.1. “YAZL” MMC (Bundan sonra “Biz”) olaraq Biz, partnyorlarımızın və istifadəçilərimizin fərdi məlumatlarının saxlanması və emalının təhlükəsizliyinə böyük önəm veririk. Buna görə də sizdən bu Məxfilik siyasətini ətraflı oxumağınızı xahiş edirik.

1.2. Biz sizinlə bağlı olan bütün informasiyaları idarə edən yeganə informasiya idarəedicisiyik. Biz informasiyasının necə, nə üçün və harada istifadə olunması ilə bağlı qərarları qəbul edir, kompleks olaraq xidmətlərin göstərilməsi məqsədilə həmin məlumatları informasiyaların data bazamızda saxlayır və mühafizə edirik.

1.3. Sizin fərdi məlumatlarınızın data bazamızdan silinməsini tələb etmək hüququnuz vardır.


2. Biz kimik?

2.1. Biz, YAZL olaraq partnyorlarımıza öz xidmətlərini təklif etməsi üçün, istifadəçilərin isə həmin xidmətlərdən yararlanması üçün platforma təqdim edirik.

2.2. Həmin bu xidmətlərin icrası elektron mühitdə yerləşən veb-sayt, iOS və ya Android mobil tətbiqlərimiz vasitəsilə həyata keçirilir.

2.3. Bu xidmətlərimizdən istifadə edərkən partnyorlar öz Admin Hesablarına, istifadəçilər isə elektron kabinetlərinə daxil olurlar. Partnyor və istifadəçilərimiz bizim platformalarımızdan istifadə edərkən onlara aid bəzi fərdi məlumatlar, bu siyasətdə nəzərdə tutulan məqsədlər üzrə tərəfimizdən yığılaraq emal edilir və saxlanır.

2.4. Əgər bu məxfilik siyasəti ilə bağlı hər hansı sualınız yaranarsa _info@yazl.az-poçt (email) və +994512155707 əlaqə nömrələri və yaxud YAZL tətbiqinin müştəri xidmətləri vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.


3. Məxfilik Siyasətinə Razılıq

3.1. Siz Məxfilik Siyasətini qəbul edərək xidmətlərimizin təqdim olunması və siz tərəfdən istifadəsi üçün zəruri olan məlumatların biz tərəfdən yığılmasına və istifadəsinə razılıq verirsiniz.

3.2. Hüquqi öhdəliklərimizin hərtərəfli icrası üçün sizin fərdi məlumatlarınızdan istifadəyə dair ümumi məqsədlərimiz:

  • Şirkətimizin idarə olunması və tərəfimizdəm sizə təqdim olunan xidmətlərin hərtərəfli və keyfiyyətli şəkildə icrası;
  • Araşdırmalar və analitik analizlərin aparılması;
  • Daxili inzibati və audit yoxlamalarının həyata keçirilməsi;
  • Xidmətlərimizin hər bir istifadəçi üçün ayrı-ayrılıqda fərdiləşdirilməsi;
  • Qanun ilə və ya müvafiq dövlət orqanı tərəfindən fərdi məlumatların tələb edilməsi.

3.3. Bundan əlavə, sizin sorğularınıza cavab vermək məqsədilə, həmçinin xidmətlərlə bağlı və digər əlaqəli yeniliklərin sizə təqdim olunması üçün lazımi məktubların email ünvanınıza göndərilməsi, telefon nömrələrinizə zəng etməyimizə razılıq verirsiniz.

3.4. Bu Məxfilik Siyasəti bizim tərəfimizdən yığılan informasiyalara şamil olunur. Bu zaman sizin fərdi məlumatların təqdim olunması və onun doğruluğu sizdən asılıdır və doğruluğuna dair məsuliyyəti siz daşıyırsınız. Yalnış qeyd olunmuş informasiya, məsələn email ünvanı, bizim sizinlə əlaqə yaratmağımıza mane ola bilər.

3.5. Əgər bizim məlumatların yığılması siyasətimiz sizi qane etmirsə, siz məlumatların yığılması üçün verdiyiniz razılıqları geri ala bilərsiniz. Bu razılıq məlumatlarınızı yığmağımız üçün əsas qanuni bazadır. Siz həmçinin fərdi məlumatlarınızın tərəfimizdən emal edildiyinə, fərdi məlumatlarınızın üçüncü şəxslərə ötürülməsinə, emal edilmənin əvvəlcədən müəyyənləşdirilmiş məqsədlərə uyğun istifadəsinə dair məlumat əldə edə, qüvvədə olan qanunvericiliyə və məqsədlərə zidd şəkildə emal ilə bağlı isə etiraz edə bilərsiniz. 

3.6. Mobil tətbiqlər və veb saytlarımızdan istifadə etdiyiniz zaman biz sizin elektron cihazlarınıza elektron platformalarımızdan istifadənin təmin edilməsi məqsədilə Kukilər yerləşdiririk.

3.7. Fərdi məlumatlarınızı sadəcə lazımi müddət ərzində, bildirdiyimiz məqsədlərə çatmaq üçün saxlayırıq, həmin müddətlərin başa çatması ilə fərdi məlumatlarını saxlamağımıza əsas olacaq heç bir səbəb olmadıqda Fərdi Məlumatlar haqqında qanunun 9.4-cü maddəsində nəzərdə tutulduğu kimi sizə aid məlumatları məhv edirik.


4. Məxfilik Siyasətinin əhatə dairəsi

4.1.Bizə təqdim etdiyiniz məlumatlar:

4.1.1. Şəxsi və əlaqə məlumatları – Xidmətlərimizdən istifadə edən şəxslərin ad, soyad, cinsiyyət, elektron poçt, mobil nömrə kimi məlumatlarını toplayırıq.

4.12. İstifadəçi məlumatları – Elektron məlumatlar əldə edildikdən sonra qeydiyyatdan keçərkən seçilən İstifadəçi adı, qeydiyyatdan keçmə tarixi və şifrələr haqqında məlumatları da təhlükəsizlik məqsədləri ilə toplayırıq.

4.1.3. Veb saytımız və mobil tətbiqlərimiz vasitəsi ilə təqdim etdiyiniz məlumatlar – vebsaytlara və mobil tətbiqlərə təqdim etdiyiniz digər məlumatları da toplayırıq. Məsələn, rəy bildirdiyiniz zaman və ya hər hansı interaktiv funksiyalar, sorğular, müsabiqələr, tanıtımlar, fəaliyyətlər və ya tədbirlərdə iştirak etdiyiniz zaman bizə məlumat təqdim edirsiniz.

4.1.4. Dəstək kanallarımız vasitəsilə təqdim etdiyiniz məlumatlar –  Xidmətlərə həmçinin, Xidmətlə bağlı qarşılaşdığınız problemlə bağlı müştəri dəstəyi komandasına təqdim etdiyiniz məlumatları toplayırıq.

4.2. Xidmətlərdən istifadə etdiyiniz zaman avtomatik olaraq topladığımız məlumatlar:

4.2.1. Məkan məlumatları – IP adresiniz üzərindən sizin coğrafi ərazi üzrə harada olduğunuzu müəyyən edə bilərik.

4.2.2. Kukilər və Digər İzləmə Texnologiyaları – Yazl və bizim partnyorlarımız kimi üçüncü tərəf tərəfdaşlarımız funksionallığı təmin etmək və sizi müxtəlif Xidmətlər və cihazlarda tanımaq üçün kukilərdən və digər izləmə texnologiyalarından istifadə edirlər.

4.3. Sizə xidmətlərimizdən daha tez xəbərdar olmaq üçün bildiriş göndərə bilərik. Bu bildirişlərin qarşısını almaq üçün cihazınızda müvafiq dəyişiklikləri etməlisiniz.  

4.4. Biz sizin fərdi məlumatlarınızı istifadə etdikdə şirkətimizin maraqlarına uyğun davranacağıq.

4.5. Biz yığılan məlumatların həssaslığını anlayır və buna görə də məlumatların emalı zamanı anonimliyi qorumağa və əməkdaşlıq etdiyimiz üçüncü şəxslərin bizim göstərdiyimiz qaydalara uyğun davranmalarına nəzarət edəcəyik.

4.6. Siz fərdi məlumatlarınızdan istifadəmizdən narazı qaldıqda, bizdən məlumatlardan istifadə etməyimizi dayandırmağımızı istəyə bilərsiniz.

4.7. Əgər Siz toplanmış məlumatlarınızın səhv olduğunu ağlabatan surətdə güman edirsinizsə, bizimlə əlaqə saxlayaraq məlumatlarınızda düzəliş edə bilərsiniz. Fərdi məlumatlarınızda düzəliş etmək üçün zəhmət olmazsa info@yazl.az elektron poçtuna yazın. (və ya bu linkə tıklayaraq müvafiq səhifəyə keçid edin).


5. Fərdi məlumatların əldə edilməsinin xüsusi məqsədləri

5.1. Kampaniyaların, endirimlərin həyata keçirilməsi, idarə edilməsi və istifadəçilərin bu endirim, kampaniyalar barəsində məlumatlandırılması;

5.2. Fərdi məlumatların və hüquqpozmalar çərçivəsində hüquq-mühafizə orqanlarına dəstəyin göstərilməsi;

5.3. Həm daxili, həm də üçüncü tərəflər vasitəsilə fərdi məlumatları adsızlaşdırmaqla  statistik təhlillərin aparılması və tərtib edilməsi;

5.4. Platformada hesabınızın, elektron kabinetinizin yaradılması və idarə edilməsi;

5.5. Reklam, tədbirlər, endirim kuponları və YAZL ilə əlaqəli digər məlumatların sizə çatdırılması;

5.6. İstifadəçilər və Partnyorlarla kommunikasiyamızın daha da yaxşılaşdırılması, xidmətlərimizin, elektron platformamızın inkişaf etdirilməsi;

5.7., xidmətlər, rezervasiyalar, ödənişlər və YAZL ilə əlaqəli digər əməliyyatların idarə edilməsi;

5.9. YAZL platformalarının səmərililiyinin artırılması və istifadəçi təcrübəsinin daha da təkmilləşdirilməsi;

5.10. Yeniliklər, yeni məhsul və xidmətlər, təkliflər barəsində istifadəçilərin xəbərdar edilməsi;

5.13. Ödənişlərin və ödənişlərin geri qaytarılmasının təmin edilməsi;

5.14. YAZL platformalarından istifadə ilə bağlı rəy və sorğuların alınması, mübahisələrin həll edilməsi, istifadəçilərin sorğularına cavab verilməsi;

5.15. İstifadəçilərə push bildirişlərin göndərilməsi, platformalardan istifadədə dəstək göstərilməsi və digər məqsədlər üçün fərdi məlumatların yığılmasını və işlənilməsini həyata keçiririk.

5.16. Sizin razılığınızla: Biz sizin haqqınızda məlumatı yuxarıda sadalanmayan xüsusi məqsədlər üçün bizə razılıq verdiyiniz məqsədlər üçün istifadə edirik.


6. Fərdi Məlumatların toplanılmasının, işlənilməsinin və mühafizəsinin əsas prinsipləri

6.1. Qanunilik – fərdi məlumatlar məlumat subyektinə münasibətdə qanuni, ədalətli və şəffaf şəkildə işlənir

6.2. Məqsəd məhdudiyyəti – əvvəlcədən müəyyən edilmiş, açıq və qanuni məqsədlər üçün toplanmış fərdi məlumatlar  bu məqsədlərlə bir araya sığmayan şəkildə əlavə emal edilə bilməz; ictimai maraqlar, elmi və ya tarixi tədqiqat məqsədləri və ya statistik məqsədlər üçün arxiv məqsədləri üçün sonrakı emal, ilkin məqsədlərlə uyğun gəlməyən hesab edilməməlidir.

6.3. Toplanan məlumat həcminin minumuma endirilməsi- toplanan məlumatların həcmi adekvat, müvafiq və onların işləndiyi məqsədlərlə əlaqədar zəruri olanlarla məhdudlaşır.

6.4. Dəqiqlik- qeyri-dəqiq fərdi məlumatların işlənilmə məqsədləri nəzərə alınmaqla silinməsi və ya təxirə salınmadan düzəldilməsi üçün bütün ağlabatan addımlar atılmalıdır.

6.5. Saxlama məhdudiyyəti- fərdi məlumatların işlənməsi məqsədləri üçün lazım olandan artıq olmayan müddət ərzində məlumat subyektlərinin müəyyənləşdirilməsinə imkan verən formada saxlanılması yolverilməzdir.

6.6. Bütövlük və məxfilik – müvafiq texniki və ya təşkilati tədbirlərdən  istifadə edilməklə, şəxsi məlumatların müvafiq təhlükəsizliyini, o cümlədən icazəsiz və ya qeyri-qanuni emaldan və təsadüfən itirilmədən, məhv edilmədən və ya zədələnmədən qorunma təmin edən tərzdə işlənir və saxlanılır.


7. Məlumat subyektinin hüquqları

7.1.Məlumat subyekti aşağıdakı hüquqlara malikdir:

 

  • ✓ informasiya sistemində özü barəsində fərdi məlumatların mövcudluğu, onların mülkiyyətçisi və ya operatoru haqqında məlumat almaq;
  • ✓ informasiya sistemində özü barəsində fərdi məlumatların toplanılmasının, işlənilməsinin və üçüncü şəxslərə verilməsinin hüquqi əsaslandırılmasını tələb etmək, bu məlumatların toplanılmasının, işlənilməsinin və üçüncü şəxslərə verilməsinin subyekt üçün hansı hüquqi nəticələrə səbəb olacağı barədə məlumat almaq;
  • ✓ informasiya sistemində özü barəsində toplanılmış fərdi məlumatların məzmunu ilə tanış olmaq;
  • ✓ informasiya sistemində özü barəsində fərdi məlumatların toplanılması və işlənilməsi məqsədini, işlənilmə müddətini, üsullarını, onun fərdi məlumatları ilə tanış olmaq icazəsi olan şəxslərin, o cümlədən məlumat mübadiləsi aparılması nəzərdə tutulan informasiya sistemlərinin dairəsini bilmək;
  • ✓ informasiya sistemində özü barəsində toplanılmış və işlənilən fərdi məlumatların dəqiqləşdirilməsini və qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla, məhv edilməsini tələb etmək, habelə həmin məlumatların müəyyən olunmuş qaydada arxivə verilməsi barədə müraciət etmək;
  • ✓ özü barəsində fərdi məlumatların toplanılmasına və işlənilməsinə qadağan qoyulmasını tələb etmək;
  • ✓ informasiya sistemində özü barəsində toplanılmış və işlənilən fərdi məlumatların əldə edilməsi mənbələri barədə məlumat almaq, həmin məlumatların qanuniliyinin sübuta yetirilməsini tələb etmək;
  • ✓ informasiya sistemində özü barəsində toplanılmış və işlənilən fərdi məlumatların mühafizəsini tələb etmək.
  • ✓ özü barəsində toplanılan və işlənilən fərdi məlumatların olduğu informasiya sistemlərinin uyğunluq sertifikatının mövcudluğu və dövlət ekspertizasından keçirilməsi haqqında məlumat almaq;


8. Fərdi Məlumatların ötürülməsi

8.1. Sizin tərəfinizdən və ya üçüncü şəxslər tərəfindən bizə daxil olan fərdi məlumatlarınız tərəfimizdən sizə yüksək səviyyədə xidmət göstərilməsi üçün istifadə olunacaqdır. Texniki dəstəyin göstərilməsi, xidmətlərimiz barədə məlumatların sizə çatdırılması, istifadə etdiyiniz tətbiqin vaxtında yenilənməsi, bizim sizinlə əlaqə saxlamağımız, və ya müraciətinizə cavab verilməsi və sairə xidmətlərin göstərilməsi üçün zəruri hərəkətlər daxildir.

8.1.1. Biz araşdırma məqsədləri üçün, tətbiq ilə əlaqədar yenidənqurma işlərini həyata keçirən və bu məzmunda digər törəmə şirkətlərimizə, tərəfdaşlarımıza sizə aid olan fərdi məlumatları müvafiq məqsədlər, qanunvericiliklə nəzərdə tutulmuş şərtlər və sizin razılığınız çərçivəsində ötürə bilərik.

8.2 Fərdi məlumatlarınız qanunla bizdən tələb olunduğu hallarda müvafiq dövlət qurumlarına tərəfimizdən göndərilə bilər.

8.3. Hər hansı qanun pozuntusu şübhəsi olarsa, qanunsuz fəaliyyətin qarşısının alınması və istifadəçilərimizin təhlükəsizliyini təmin etmək üçün bəzi informasiyaları müvafiq qurumlarla paylaşa bilərik.

8.4. Siz bizdən bizim və ya müqaviləmiz olan üçüncü tərəf serverlərdə olan fərdi məlumatlarınızı və bizim onlardan istifadə statistikamızı istəyə bilərsiniz.


9. Yığılmış Məlumatların Məhv Edilməsi

9.1. Əldə edilən fərdi məlumatlar Xidmətlərin gödtərilməsi üçün zəruri olan ağla batan müddətdə saxlanılır.

9.2.  Siz xidmətlərimizdən istifadə etdikdən sonra fərdi məlumatlarınızın silinməsini bizdən tələb edə bilərsiniz. Bunun üçün bizim məlumat məqsədli yaradılmış elektron poçtumuza müraciət etməlisiniz. Müraciətinizdən sonra Fərdi məlumatlar haqqında Azərbaycan Respublikası qanunun 9.4-cü maddəsi və GDPR-ın 17-ci maddəsi çərçivəsində sizə aid olan bütün fərdi məlumatlar serverlərimizdən silinəcək.

9.2.1. Hüquqi tələblər əsasında bəzi məlumatlarınız, həmin məlumatların saxlanmasına dair zərurətin hələ də qüvvədə olması əsası ilə sizin müraciətinizdən sonra silinməyə bilər.

8.1.2. Bu Məxfilik siyasətinin 8.1.1.-ci maddəsində qeyd olunan “zərurət” özündə qanunla nəzərdə tutulan fundamental hüquq və azadlıqların həyata keçirilməsini, həmçinin müqavilə üzrə vəzifə və öhdəliklərin icrasını, ehtimal olunan iddia və tələblər üçün qabaqlayıcı hüquqi müdafiə tədbirlərini ehtiva edir.

9.3. Sizə aid fərdi məlumatların təhlüksizliyinə dair şübhə və qüsur yarandığı hallarda, fərdi məlumatlarınızın mühafizəsi üçün ağlabatan bütün zəruri və qabaqlayıcı tədbirləri həyata keçirəcəyik.


10. Dəyişikliklər

10.1 Biz Məxfilik Siyasətinə vaxtaşırı dəyişikliklər edə bilərik. Biz bu dəyişikləri etməzdən öncə sizə təqdim etdiyiniz əlaqə məlumatları vasitəsilə əvvəlcədən məlumat verəcəyik. Məxfilik Siyasətinin yeni forması tətbiqdə yerləşdikdən sonra, 3 (üç) təqvim günü ərzində qüvvəyə minir.

10.2. Məxfilik Siyasətinin yeni formasını dərc etdikdən sonra, tətbiqin və ya veb-saytın davamlı istifadəsi İstifadəçinin bütün dəyişiklikləri qəbul etməsi və razılaşması deməkdir. İstifadəçi verilən dəyişikliklərlə razılaşmırsa, Tətbiqə və ya veb-sayta girişdən imtina etməli, Tətbiqin materialları və xidmətlərindən istifadəni dayandırmalıdır.


11. Bizimlə necə əlaqə saxlamaq olar

11.1. Əlavə məlumat üçün və ya bu Məxfilik Siyasəti ilə bağlı hər hansı bir sualınız varsa, aşağıdakı elektron poçt ünvanı vasitəsilə bizimlə əlaqə saxlayın:

 

E-poçt: info@yazl.az

Telefon: +994512155707

 

*****

 

13.01.2023 tarixində yenilənmişdir.

en_US